Bakıda tanınmış şirkətdən oğurluq edilib

Bakıda tanınmış şirkətdən oğurluq edilib Oğurluğu törətməkdə şübhəli bilinən şəxs tutulub
Hadisə
29 Sentyabr , 2016 12:52
Bakıda tanınmış şirkətdən oğurluq edilib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bakıda tanınmış şirkətin inzibati binasından oğurluq edilib.

“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Nərimanov rayonunda yerləşən “Bakı Elektrik Tökmə” ASC-nin inzibati binasından 1 804 manat pul, 72 100 manat dəyərində alüminium metal hissələri və müşahidə kameraları oğurlanıb.

Oğurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Mais İbadov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi