Yuxarı
    Bağlamaq

    Tanınmış şirkətin mağazasından oğurluq olub

    Hadisəni törədən 3 nəfər saxlanılıb

    Bakı. 28 dekabr. REPORT.AZ/ Xırdalan şəhərindəki "Embawood" mağazasından oğurluğa cəhd edən şəxslər tutulub. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 25-də saat 23.36-da Xırdalan şəhərindəki "Embawood" mağazasından Abşeron Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. 

    Dərhal həyata keçirilən tədbirlərlə oradan şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərən Xırdalan şəhər sakini Ramin Cəfərov, Bakı şəhər sakini Natiq Möhübov və Şamaxı rayon sakini Aqil İsrafilov saxlanılıb və Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi