Bakıda tanınmış mağazanın menecerini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsinin vaxtı açıqlanıb

Bakıda tanınmış mağazanın menecerini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsinin vaxtı açıqlanıb İşə hakim Faiq Qəniyevin sədrliyi ilə baxılacaq
Hadisə
26 May , 2016 10:45
Bakıda tanınmış mağazanın menecerini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsinin vaxtı açıqlanıb

Bakı. 26 may. REPORT.AZ/ Bakıda tanınmış mağazanın menecerini öldürməkdə təqsirləndirilən Paşa İsmayıl oğlu Qələndərovun cinayət işi üzrə məhkəmənin vaxtı açıqlanıb.

“Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmə iyunun 7-nə təyin edilib.

İşə hakim Faiq Qəniyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, qətl hadisəsi 2015-ci il dekabr ayının 21-də Nizami rayonu Keşlə qəsəbəsində baş verib. "28 Mall" Ticarət Mərkəzində yerləşən "Next" mağazasının meneceri Vüsal Ələkbər oğlu Xəlilov evində 27 bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisə zamanı onun həyat yoldaşı və iki azyaşlı övladı da evdə olub. Cinayət onların gözü önündə törədilib.

Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü P.Qələndərov saxlanıb. Hadisəni törədən şəxs V.Xəlilovun meneceri olduğu mağazanın anbardarı olub. V.Xəlilov P.Qələndərovu işdən çıxarıb. Rəhbərinin bu hərəkətinə görə, o, V.Xəlilovdan qisas almaq qərarına gəlib.

Cinayət işinin istintaqı Nizami Rayon Prokurorluğunda yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi