​Bakıda işdən qovulduğuna görə tanınmış mağazanın menecerini öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

​Bakıda işdən qovulduğuna görə tanınmış mağazanın menecerini öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib Onun cinayət işinin istintaqı başa çatıb
Hadisə
148
21 May , 2016 18:09
​Bakıda işdən qovulduğuna görə tanınmış mağazanın menecerini öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakı. 21 may. REPORT.AZ/ Bakıda tanınmış mağazanın menecerini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin istintaqı başa çatıb.

“Report”un məlumatına görə, 1994-cü il təvəllüdlü Paşa İsmayıl oğlu Qələndərovun cinayət işi üzrə Bakı şəhəri Nizami Rayon Prokurorluğunda aparılmış istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hadisə 2015-ci il dekabr ayının 21-də Nizami rayonu Keşlə qəsəbəsində baş verib. "28 Mall" Ticarət Mərkəzində yerləşən "Next" mağazasının meneceri Vüsal Ələkbər oğlu Xəlilov evində 27 bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisə zamanı onun həyat yoldaşı və iki azyaşlı övladı da evdə olub. Cinayət onların gözü önündə törədilib.

Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü P.Qələndərov saxlanıb. Hadisəni törədən şəxs V.Xəlilovun meneceri olduğu mağazanın anbardarı olub. V.Xəlilov P.Qələndərovu işdən çıxarıb. Rəhbərinin bu hərəkətinə görə, o, V.Xəlilovdan qisas almaq qərarına gəlib. 

Son xəbərlər

Orphus sistemi