Yuxarı

Bakıda tanınmış həkimi şantaj etməkdə təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib

Bakıda tanınmış həkimi şantaj etməkdə təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib

86

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

Bakı. 9 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış həkimi şantaj edərək pul tələb etməkdə təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. E.İbrahimov məhkəmə zalında həbs olunub.

Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı Fərid Nağıyev çıxış edib. Prokuror çıxışında E.İbrahimovun barəsində olan polis nəzarətində qətimkan tədbirini dəyişdirilərək həbslə əvəzlənməsini və onun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, E.İbrahimov Bakıda fəaliyyət göstərən klinikaların birində çalışan tanınmış nevropatoloq və EEG həkimi N.A (ad və soyadı şərti) ilə sosial şəbəkədə tanış olub. Daha sonra E.İbrahimov onunla münasibət qurub. Bir qədər keçəndən sonra o, qadını rüsvay etməklə şantaj edərək ondan 8 min manatdan çox pul alıb.

Daha sonra həkim E.İbrahimovdan hüquq-mühafizə orqanlarına şikayət edib və o saxlanılıb. E.İbrahimovun barəsində həbs qətimkan tədbiri seçilməyib.

O, ittihamları qəbul etmədiyini və həmin qadından pulu yardım məqsədilə istədiyini söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi