Bakıda tanınmış cərrahın evindən oğurluq edən şəxslərə hökm oxunub

Bakıda tanınmış cərrahın evindən oğurluq edən şəxslərə hökm oxunub Məhkəmə prosesi başa çatıb
Hadisə
10 Noyabr , 2015 12:55
Bakıda tanınmış cərrahın evindən oğurluq edən şəxslərə hökm oxunub

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirləndirilən Astara rayon sakini Elvin Əliyev və onun əmisi oğlu Anar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report” xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, bu ilin aprel ayında Xətai Rayon Polis İdarəsi (RPİ) 37-ci Polis Bölməsi (PB), Lənkəran Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) və Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində yanvarın 31-də Xətai rayonu ərazisində yaşayan Mircəlal Kazıminin mənzilindən 3000 manat və 7500 ABŞ dolları oğurlamış Astara rayon sakini Elvin Əliyev tutulub. Cinayət əməlinin iştirakçısı olan Anar Əliyev isə müəyyən edilib. Araşdırmalar zamanı evdən oğurlanmış qızıl əşyaların Lənkəran şəhər sakini Füzuli Zeynalova satılması müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə F.Zeynalov da tutulub.

Evindən oğurluq edilən 1977-ci il təvəllüdlü Kazımi Mircəlal Mirkazım oğlu tanınmış cərrah transplantoloqdur. O, hazırda Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri vəzifəsində çalışır.

Son xəbərlər

Orphus sistemi