Yuxarı

Bakıda tanınmış aktyor yol qəzası zamanı xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda tanınmış aktyor yol qəzası zamanı xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB
Hadisə Jiqulinin yol kənarında duran Mercedesə çırpılması nəticəsində baş verib
© Report

Video əlavə olunub


*** 00:17

Bakı. 16 mart. REPORT.AZ/ Bakının Ziya Bünyadov prospektinin Nizami rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, Həziyev Yasin Qəni oğlu idarə etdiyi "90-XL-449" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən maşınında texniki nasazlıq yaranıb (Maşının benzin nasosu xarab olub). Avtomobildə olan aktyor sərnişin Fərhad Səmimi sürücüyə kömək etmək üçün aşağı düşüb.

Bu zaman taksi fəaliyyəti ilə məşğul olan 38 yaşlı Məmmədov Firdovsi Teyyub oğlunun idarə etdiyi "10-LB-746" dövlət qeydiyyat nişanlı "VAZ-2105" markalı avtomobil arxadan sürətlə gələrək "Mercedes"ə çırpılıb. Nəticədə Aktyor Fərhad Səmimi yüngül bədən xəsarəti alıb. Ona ambulator yardım göstərilib.

Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi