Yuxarı

Bakıda taksi yüksək sürətlə beş avtomobilə çırpılaraq aşıb, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda taksi yüksək sürətlə beş avtomobilə çırpılaraq aşıb, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB
Hadisə zamanı zərər dəymiş avtomobillər araşdırmalar bitənədək cərimə meydançasına yerləşdirilib

Video əlavə olunub


*** 08:00

Bakı. 27 iyul. REPORT.AZ/ Sabunçu rayonunda yüksək sürətlə hərəkət edən avtomobil qəza törədib, iki nəfər xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə Bakıxanov qəsəbəsinə gedən yolda qeydə alınıb.

Belə ki, 90 PS 889 dövlət qeydiyyat nişanlı "Changan" avtomobili idarə edən 34 yaşlı Tural Abdullayev sərt döngədə nəqliyyat vasitəsini yüksək sürətlə idarə edib. Nəticədə onun taksi fəaliyyəti ilə məşğul olduğu avtomobilin sol təkəri səkiyə dəyərək qırılıb. Avtomobil yol kənarında dayanan "Toyoto" , "Nissan" , "Vaz 21011" , "Azsamand" və "BMW" markalı avtomobillərə çırpılıb. T. Abdullayevin idarə etməsindən çıxan "Changan" daha sonra bir neçə dövrə vuraraq aşıb. 

Yol nəqliyyat hadisəsi zamanı "Changan" markalı avtomobilin sürücüsü T.Abdullayev və sərnişini 28 yaşlı Babək Hüseynov ağır bədən xəsarətləri alıb.

Hadisə şahidlərinin köməkliyi ilə hər iki şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Baş vermiş qəza ilə bağlı əraziyə Sabunçu Rayon Polis İdarəsi və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hadisə zamanı zərər dəymiş avtomobillər araşdırmalar bitənədək cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi