Yuxarı

Bakıda taksi xidmətinə məxsus avtomobil qəza törədib - FOTO

Hadisə Sarayevo və Qaçaq Nəbi küçələrinin kəsişməsində baş verib

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un xəbərinə görə, rayonun Sarayevo və Qaçaq Nəbi küçələrinin kəsişməsində iki minik avtomobili toqquşub.

Belə ki, Qaçaq Nəbi küçəsində dönmə əməliyyatı yerinə yetirən "189" taksi xidmətinə məxsus nəqliyyat vasitəsi Sarayevo küçəsində hərəkətdə olan "Hyundai" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində taksinin sürücüsü yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi