Bakıda taksi sürücüsünün avtomobilini əlindən alan şəxs tutulub

Bakıda taksi sürücüsünün avtomobilini əlindən alan şəxs tutulub Faktla bağlı araşdırma aparılır
Hadisə
10 Noyabr , 2015 12:29
Bakıda taksi sürücüsünün avtomobilini əlindən alan şəxs tutulub

Bakı. 10 noyabr. REPORT.AZ/ Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxs tutulub.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oktyabrın 31-də Maştağa qəsəbəsində Beylaqan rayon sakini Zahir Həsənovun taksi fəaliyyət ilə məşğul olduğu “Opel-Vektra” markalı avtomobilində, naməlum sərnişin onu yumruqla üz nahiyəsindən vurub pulunu alıb, avtomobili isə qaçırıb. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avtomobil noyabrın 1-də Nardaran qəsəbəsi Abşeron küçəsində saz vəziyyətdə tapılıb. Avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Ceyhun Mütəllimzadə noyabrın 9-da tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi