Yuxarı

Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxslərə hökm oxunub

Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxslərə hökm oxunub
Hər iki şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Akif Cavadov və Vasib Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Bakı şəhər sakini Teymur Müseyibli polisə məlumat verərək bildirib ki, mayın 14-də idarə etdiyi avtomobillə Hövsan qəsəbəsinə apardığı iki nəfər müştəri ona qarşı zor tətbiq edərək 150 manat pulunu və bir ədəd mobil telefonunu əlindən alıblar. Daha sonra əvəllər məhkum olunmuş Akif Cavadov və Vasib Rzayev saxlanılıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi