Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxslərə hökm oxunub

Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxslərə hökm oxunub Onlar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunublar
Hadisə
6 Oktyabr , 2017 12:12
Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxslərə hökm oxunub

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Vüsal Əliyev, Rafiq Bayramov və Eldəniz Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Əliyev 5 il, R.Bayramovla E.Tağıyevin isə hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında baş verib. “Baksol” yaşayış sahəsində Füzuli rayon sakini Xaləddin Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin qismində 3 nəfər əyləşib. Taksi sürücüsünə Sabunçuya gedəcəklərini bildirən müştərilər qəsəbə ərazisində sürücünü bıçaqla hədələyərək pul verməsini tələb ediblər.

X.Məmmədov pulunun olmadığını dedikdə quldurlar onu avtomobildən düşürüblər və həmin nəqliyyat vasitəsi ilə hadisə yerini tərk ediblər. Daha sonra həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.

Onlar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunublar.

Son xəbərlər

Orphus sistemi