Bakıda taksi sürücüsü və daha bir nəfər qadına bıçaqla hücum edərək pulunu alıblar

Bakıda taksi sürücüsü və daha bir nəfər qadına bıçaqla hücum edərək pulunu alıblar Bakı. 4 iyul. REPORT.AZ/ Suraxanı rayonunun Hövsan qəsəbəsində qadına bıçaqla hücum edərək onun pulunu ələ keçirən şəxslər saxlanılıblar.
Hadisə
4 İyul , 2018 11:12
Bakıda taksi sürücüsü və daha bir nəfər qadına bıçaqla hücum edərək pulunu alıblar
0 : 00
0 : 00

Bakı. 4 iyul. REPORT.AZ/ Suraxanı rayonunun Hövsan qəsəbəsində qadına bıçaqla hücum edərək onun pulunu ələ keçirən şəxslər saxlanılıblar. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Bakı şəhər sakini Leyla Kazımova metronun “Əhmədli” stansiyasının yaxınlığında müştəri kimi əyləşdiyi “Mercedes” markalı avtomobilin sürücüsündən onu Hövsan qəsəbəsinə aparmağı xahiş edib. Deyilən ünvana çatdıqda sürücü və maşında olan daha bir nəfər qadına bıçaqla hədə-qorxu gələrək 30 manat pulunu ələ keçiriblər.

Zərərçəkən şəxs bu barədə Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə məlumat verəndən sonra dərhal həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri Araz Qurbanov və Ehtibar Həsrətov tutulublar.

Faktla bağlı 30-cu Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilib, zəruri istintaq hərəkətləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi