Bakıda taksi sürücüsü soyğunçuluğa məruz qalıb

Bakıda taksi sürücüsü soyğunçuluğa məruz qalıb Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
16 Sentyabr , 2015 10:35
Bakıda taksi sürücüsü soyğunçuluğa məruz qalıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bakıda taksi sürücüsü soyğunçuluğa məruz qalıb.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, BŞBPİ Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 2-də saat 21 radələrində Nizami rayonu ərazisində taksi faliyyəti ilə məşğul olan Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Mehrab Muradova məxsus “Mercedes E-240” markalı avtomobilə sərnişin qismində əyləşərək soyğunçuluq yolu ilə 17 manat pulu və mobil telefonu talamaqda şübhəli bilinən İmişli rayon sakini, 1988-ci il təvəllüdlü Nahid İbrahimov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi