Bakıda taksi sürücüsü qəza törətdi - VİDEO

Bakıda taksi sürücüsü qəza törətdi - VİDEO Bakıda yol qəzası baş verib.
Hadisə
516
18 İyun , 2020 18:59
Bakıda taksi sürücüsü qəza törətdi - VİDEO

Bakıda yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

O qeyd edib ki, hadisə iyunun 17-si saat 18:26 radələrində paytaxtın Hövsan yolunda qeydə alınıb.

M.Ağayevin sözlərinə görə, qəza minik avtomobilinin sürücüsünün yol hərəkəti qaydalarını pozması səbəbindən baş verib: “Sürücü hərəkətdə olan nəqliyyat vasitələrini nəzərə almadan yüksək sürətlə əsas yola çıxır ki, bu da qəzanı qaçılmaz edir.

İlk olaraq ona diqqət edək ki, qəzaya səbəb olan avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq özünün və digərlərini həyatını təhlükəyə atır. Taksi kimi istifadə olunan avtomobil Nazirlər Kabinetinin 73 saylı müvafiq qərarı ilə təsdiq olunan norma və standratlara cavab vermir, eyni zamanda sürücü qanunsuz sərnişindaşıma ilə məşğul olub.

Avtobus sürücüsünün sayıqlığı sayəsində qəzanın daha ağır fəsadlara yol açmasının qarşısı alınıb. Amma qəza maddi ziyansız ötüşməyib. Avtobusun ön hissəsinə dəyən zərər onun təmirdə qalmasına səbəb olacaq. Buna görə bir müddət xəttə çıxa bilməyəcək və bu da əlavə xərc deməkdir. Mövcud pandemiya şəraitində isə bir avtobusun belə xəttə çıxmaması müəyyən çətinliklər yaradır”. 

Son xəbərlər

Orphus sistemi