Bakıda taksi sürücüsü Pakistan vətəndaşının 1300 dollarını oğurlayıb

Bakıda taksi sürücüsü Pakistan vətəndaşının 1300 dollarını oğurlayıb Bakıda Pakistan vətəndaşının 1300 ABŞ dolları oğurlanıb.
Hadisə
27 Noyabr , 2019 09:36
Bakıda taksi sürücüsü Pakistan vətəndaşının 1300 dollarını oğurlayıb

Bakıda Pakistan vətəndaşının 1300 ABŞ dolları oğurlanıb.

“Report”un xəbərinə görə, hadisə oktyabr ayının əvvəlində baş verib.

Belə ki, Pakistan vətəndaşı Said Ahmadzai Daxili İşlər Nazirliyinə müraciət edərək, Bakı şəhərinə gəldiyini, dostu ilə Binə hava yolunda taksiyə mindiyini deyib. O bildirib ki, taksi sürücüsü dostuna məxsus pul kisəsindən 1300 ABŞ dollarını oğurlayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi