Yuxarı
    Bağlamaq

    Bakıda taksi sürücüsü müştərilər tərəfindən bıçaqlanıb

    Yaralı xəstəxanaya yerləşdirilib

    Bakı. 3 iyul. REPORT.AZ/ Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

    "Report" xəbər verir ki, Lökbatan qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olan 1991-ci il təvəllüdlü İsmayılov İlqar Məmmədağa oğlu maşınına minən iki müştəri tərəfindən bıçaqlanıb.

    Bir neçə bıçaq xəsarəti alan sürücü xəstəxanaya yerləşdirilib.

    Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

    Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi