Bakıda taksi sürücüsü bıçaqlanıb

Bakıda taksi sürücüsü bıçaqlanıb Avtomobildə sürücünün kürək nahiyəsinə 3 bıçaq zərbəsi vurulub
Hadisə
9 Dekabr , 2016 17:10
Bakıda taksi sürücüsü bıçaqlanıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Bakıda taksi sürücüsü bıçaqlanıb.

 "Report"un xəbərinə görə, hadisə Səbail rayonu Məktəbli küçəsi 1 ünvanının qarşısında qeydə alınıb.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan 42 yaşlı Bayram Cəfərov özünə məxsus "Mercedes" markalı avtomobil ilə hərəkət edən zaman onu naməlum şəxs işarə ilə dayandırıb. Avtomobilin arxa oturacağında əyləşən naməlum şəxs B.Cəfərovun kürək nahiyəsinə 3 bıçaq zərbəsi vurub.

 Daha sonra naməlum şəxs avtomobildən enərək ərazidən uzaqlaşıb. 

 B.Cəfərov "Təcili tibbi yardım" maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi