Yuxarı
    Bağlamaq

    Taksi sürücüsü bıçaqlanıb - FOTO

    İki nəfər sürücünü bıçaqlayaraq avtomobilini qaçırıb

    Bakı. 30 mart. REPORT.AZ/ Abşeron rayonunda iki nəfər taksi sürücüsünü bıçaqlayaraq avtomobilini qaçırıb. “Report”un məlumatına görə, hadisə rayonun “At Yalı” kimi adlanan ərazidə baş verib.

    Hadisə zamanı metronun “20 Yanvar” stansiyasının yaxınlığında 53 yaşlı İntiqam Ağayevə məxsus 'Hyundai' markalı avtomobilə iki nəfər əyləşərək onları Abşeron rayonu 'At Yali' adlanan əraziyə aparmalarını xahiş ediblər.

    Müştərilər deyilən əraziyə çatanda İ.Ağayevə qarşı zor tətbiq ediblər. Onun əl nahiyəsinə biçaqla xəsarətlər yetirən cinayətkarlar sürücünün əl-qolunu bağlayıb avtomobilin yük yerinə qoyublar. Avtomobilin sükani arxasına keçən cinayətkarlar sürücünü yoldan bir qədər kənara ataraq maşınla birlikdə hadisə yerindən uzaqlaşıblar. İ.Ağayev yaxınlıqdan keçən yük maşınlarının köməyi ilə hadisə barədə polislərə məlumat verə bilib.

    Hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. İ.Ağayevə ağır bədən xəsarəti yetirməklə onun avtomobilini qaçıran şəxslərin axtarışı davam etdirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi