Bakıda taksi sürücüsü bıçaqla hədələnərək pulları əlindən alınıb

Bakıda taksi sürücüsü bıçaqla hədələnərək pulları əlindən alınıb Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.
Hadisə
23 Yanvar , 2020 10:07
Bakıda taksi sürücüsü bıçaqla hədələnərək pulları əlindən alınıb

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.

“Report”un xəbərinə görə, hadisə yanvarın 22-də, saat 01:45 radələrində, paytaxtın Günəşli qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, takis fəaliyyəti ilə məşğul olan M.Sadıqovun idarə etdiyi “Mercedes” markalı avtomobilinə 2 naməlum sərnişin əyləşib. Daha sonra həmin şəxslər sürücünü bıçaqla hədələyib, onun 200 manat pulunu quldurluq yolu ilə ələ keçiriblər.

M.Sadıqov bu barədə hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1980-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Nadir Qurbanov və 1966-cı il təvəllüdlü İlham Rüstəmzadə müəyyən olunaraq tutulublar.

Faktla bağlı Suraxanı RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi