Bakıda taksi sürücüləri arasında müştəri üstündə bıçaqlanma olub

Bakıda taksi sürücüləri arasında müştəri üstündə bıçaqlanma olub Sürücülərdən biri ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib
Hadisə
19 May , 2017 03:39
Bakıda taksi sürücüləri arasında müştəri üstündə bıçaqlanma olub

Bakı. 19 may. REPORT.AZ/ Bakının Nizami rayonu ərazisində taksi sürücüləri arasında bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə metropolitenin "Koroğlu" stansiyası yaxınlığında qeydə alınıb.

Ərazidə taksi fəaliyyəti ilə məşğul olan 1995-ci il təvəllüdlü Orucov Elnur Asif oğlu digər taksi sürücüsü ilə müştəri üstündə əlbəyaxa olub. Nəticədə E.Orucov bıçaqlanıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi