Bakıda taksi sürücüsü soyğunçuluğa məruz qalıb

Bakıda taksi sürücüsü soyğunçuluğa məruz qalıb Faktla bağlı cinayət işi başlanıb
Hadisə
8 Noyabr , 2016 15:54
Bakıda taksi sürücüsü soyğunçuluğa məruz qalıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq edilib.

“Report”un xəbərinə görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Gədəbəy rayon sakini 1958-ci il təvəllüdlü Mayıl Bağırovun taksi fəaliyyəti ilə məşğul olduğu "Mercedes" markalı avtomobilinə iki nəfər naməlum sərnişin minib. Onlar Səngəçal qəsəbəsində avtomobilin təhlükəsizlik kəmərini M.Bağırovun boğazına keçirməklə onu döyüb, 328 manat pulunu və mobil telefonunu aldıqdan sonra avtomobili tərk ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (Soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi