Bakıda taksi sərxoş piyadanı vurub, vəziyyəti ağırdır

Bakıda taksi sərxoş piyadanı vurub, vəziyyəti ağırdır Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
17 Noyabr , 2019 06:19
Bakıda taksi sərxoş piyadanı vurub, vəziyyəti ağırdır

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə “NZS” qəsəbəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən Xətai rayonu, Yusif Səfərov küçəsində yaşayan 1990-ci il təvəllüdlü Heydərov Şahin Şaiq oğlunu taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitəsi vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona qapalı kəllə-beyin travması və baş beyinin silkələnməsi diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumata görə, piyada sərxoş vəziyyətdə olub. Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi