Bakıda taksi qəza törədib, xəsarət alan var - FOTO

Bakıda taksi qəza törədib, xəsarət alan var - FOTO Dövlət Yol Polisi İdarəsinin əməkdaşları araşdırma aparır
Hadisə
26 Dekabr , 2016 12:05
Bakıda taksi qəza törədib, xəsarət alan var - FOTO

Bakı. 26 dekabr. REPORT.AZ/ Bakıda taksi qəza törədib, xəsarət alan var.

"Report"un xəbərinə görə, hadisə Səbail rayonu, Neftçilər prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü İsmayılov Emin İsmayıl oğlunun idarə etdiyi "Azsamand" markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə səkiyə, sonra isə prospektdəki yol nişanlarına çırpılıb. Avtomobil deformasiyaya uğrayıb.

Nəticədə sürücü E.İsmayılov xəsarət alıb. O, "Təcili yardım" maşını ilə xəstəxanaya aparılıb. 

Faktla bağlı Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi