Bakıda taksi piyadanı vuraraq öldürüb

Bakıda taksi piyadanı vuraraq öldürüb Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
20 Mart , 2017 12:10
Bakıda taksi piyadanı vuraraq öldürüb

Bakı. 20 mart. REPORT.AZ/ Bakı şəhərində "London taksi"si piyadanı vuraraq öldürüb.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Xətai rayonunun X.Rüstəmov küçəsində Ağdam rayon sakini Ruslan Nuriyev idarə etdiyi "London Taksi"si avtomobili ilə yolu keçən paytaxt sakini Hüseyn Qafarovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Xətai Rayon Polis İdarəsi (RPİ) tərəfindən faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi