Bakıda taksi işıqforun qırmızı işığından keçərək qəza törədib, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda taksi işıqforun qırmızı işığından keçərək qəza törədib, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB Xəsarət alanlar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Hadisə
11 Avqust , 2018 11:16
Bakıda taksi işıqforun qırmızı işığından keçərək qəza törədib, xəsarət alanlar var  - FOTO - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 00:07

Bakı. 11 avqust. REPORT.AZ/ Nəsimi rayonunda iki minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Füzuli küçəsində baş verib.

Belə ki, Büllbül prospekti ilə hərəkətdə olan taksi fəaliyyəti ilə məşğul olan 90-XL-035 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilinin sürücüsü işıqforun qırmızı işığından keçib. Bu zaman "Mercedes"-in sürücüsü idarəetməni itirərək Füzuli küçəsində işıqforun yaşıl işığından keçən "Vaz 2107"-ə çırpılıb. 

"Vaz 2107"in içərisində olan ailənin üç üzvü yüngül bədən xəsarətləri alıb. 

Hər üç şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Son xəbərlər

Orphus sistemi