Yuxarı
    Bağlamaq

    Bakıda şüşə sexində yanğın olub

    Hadisə Qaradağ rayonunda baş verib

    Bakı. 22 Fevral. REPORT.AZ/ Paytaxtın Qaradağ rayonunda ümumi sahəsi 100 kv.m şüşə istehsalat sexində həcmi 100 tonluq şüşə əritmə sobasında texniki işlər aparılan zaman qazanxanaya dağılmış ərimiş şüşə 20 kv.m sahədə yanıb.

    “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, sexin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın saat 14:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi