Yuxarı

Bakıda sürücünün yatması nəticəsində betonqarışdıran maşın aşıb - FOTO

Faktla bağlı araşdırma aparılır

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində “Shacman” markalı betonqarışdıran maşın aşıb. Hadisə şahidlərinin “Report”a verdiyi məlumata görə, sürücü yüngül xəsarət alıb, maşına ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları gəlib. Hadisənin ilkin səbəbi kimi sürücünün sükan arxsında yatması və bu səbəbdən dönmə əməliyyatını düzgün yerinə yetirmədiyi göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi