Bakıda sürücünün yatması nəticəsində avtobus qəzaya düşüb: 1 nəfər ölüb, 10-dan çox şəxs yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB-2

Bakıda sürücünün yatması nəticəsində avtobus qəzaya düşüb: 1 nəfər ölüb, 10-dan çox şəxs yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB-2 Video əlavə olunub
Hadisə
2394
12 İyul , 2018 10:01
Bakıda sürücünün yatması nəticəsində avtobus qəzaya düşüb: 1 nəfər ölüb, 10-dan çox şəxs yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB-2

Video əlavə olunub


*** saat 09:44

Bakı. 12 iyul. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi paytaxtda baş verən avtobus qəzası ilə rəsmi məlumat yayıb.

"Report"a daxil olan məlumatda bildirilib ki, bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində 90-OJ-802 DQN yük maşını 10-TF-383 DQN sərnişin avtobusuna çırpılıb: "İlkin məlumata görə, hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə, sərnişin avtobusu bir neçə dəfə aşıb." 

Hazırda Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerindədir. Qəza nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanların vəziyyətini öyrənmək üçün BNA əməkdaşları hazırda yaralıların olduğu xəstəxanalardadır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov “Report”a açıqlamasında bildirib ki, yol qəzasında xəsarət alan 8 nəfər xəstəxanaya yerləşdirilib: “Xəsarət alanlardan 7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Respublika Kliniki Xəstəxanasına, 2 nəfər Ələtdəki xəstəxanaya yerləşdirilib, 3 nəfərə yerindəcə ilkin yardım göstərilib. Bir qadın isə qəzadan dərhal sonra dünyasını dəyişib”.


*** saat 08:49

Bakı. 12 iyul. REPORT.AZ/ Bakıda yük maşını 149 saylı sərnişin avtobusu ilə toqquşub.

"Report"un məlumatına görə, Qaradağ rayonunda, Səngəçal ərazisində baş verən hadisə zamanı bir nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi