Yuxarı

​Bakıda sürücünün ölümü ilə nəticələnmiş yol qəzası baş verib

“Mercedes” idarəetmədən çıxaraq yolun kənarındakı dəmir yolayrıcına çırpılıb

Bakı. 21 iyun. REPORT.AZ/ Paytaxtda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. "Report" Fövqəladə Hallar Nazirliyinin saytına (FHN) istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dəmir yolayrıcına çırpılıb. 

Nəticədə sürücü 1978-ci il təvəllüdlü Musayev Kamil Maqsud oğlu vəfat edib və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər K. Musayevin cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

Əməliyyat saat 03:44-də başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi