Bakıda sürücünü hədələyərək avtomobilini vurub qaçan şəxs saxlanılıb

Bakıda sürücünü hədələyərək avtomobilini vurub qaçan şəxs saxlanılıb Bakıda sürücünü hədələyərək avtomobilini vurub qaçan şəxs saxlanılıb.
Hadisə
7 Yanvar , 2020 12:42
Bakıda sürücünü hədələyərək avtomobilini vurub qaçan şəxs saxlanılıb

Bakıda sürücünü hədələyərək avtomobilini vurub qaçan şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 5-də saat 23 radələrində F.X.Xoyski küçəsində “Toyota” markalı avtomobilin sürücüsünün Bakı şəhər sakini T.Baxşıyevi bıçaqla hədələməsi, “Mercedes” markalı avtomobilini təpiklə əzməsi, habelə idarə etdiyi nəqliyyat vasitəsi ilə T.Baxşıyevin avtomobilini vurub hadisə yerini tərk etməsi barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Dərhal Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi