Bakıda sürücü yuxulayaraq maşını yol kənarındakı reklam lövhəsinə çırpıb - YENİLƏNİB - FOTO - VİDEO

Bakıda sürücü yuxulayaraq maşını yol kənarındakı reklam lövhəsinə çırpıb - YENİLƏNİB - FOTO - VİDEO Nəticədə maşın deformasiyaya uğrayıb
Hadisə
3 Noyabr , 2017 10:38
Bakıda sürücü yuxulayaraq maşını yol kənarındakı reklam lövhəsinə çırpıb - YENİLƏNİB - FOTO - VİDEO
REPORT

İlk xəbər 04:35-də verilib. Video əlavə olunub

Bakı. 3 noyabr. REPORT.AZ/ Bakıda sürücünün sükan arxasında yuxulaması qəzaya səbəb olub.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində baş verib.

Əliyev Elçin Fəxrəddin oğlu idarə etdiyi "90-VV-636" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən sükan arxasında yuxuya gedib. Nəticədə sürətlə hərəkətdə olan avtomobil yol kənarındakı obyektin reklam üçün nəzərdə tutulmuş daş lövhəsinə çırpılıb. Avtomobilin təhlükəsizlik yastıqları açıldığından sürücü xəsarət almayıb. Amma avtomobil deformasiyaya uğrayıb. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qəzaya uğrayan minik vasitəsi cərimə meydançasına yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi