Bakıda sürücü yol polislərini bıçaqla hədələyib - VİDEO

Bakıda sürücü yol polislərini bıçaqla hədələyib - VİDEO Hadisə ilə bağlı araşdırma aparılır
Hadisə
17 Mart , 2015 14:11
Bakıda sürücü yol polislərini bıçaqla hədələyib - VİDEO

Bakı. 17 mart. REPORT.AZ/ Bakıda yol polislərinin üstünə bıçaq çıxaran şəxs saxlanılıb. "Report"un məlumatına görə, hadisə Azadlıq prospektinin M.Ə.Rəsulzadə qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Nissan" markalı avtomobillə hərəkət edən sürücü yol polisləri ilə mübahisə edib və onlara bıçaqla hədə-qorxu gələrək hadisə yerindən qaçmaq istəyib. Sürücünü təqib edən yol polisləri onu Binəqədi rayonu ərazisində - Əhməd Rəcəbli küçəsində saxlamağa nail olublar. Saxlanılan zaman avtomobildən sürücünün polislərə hədə-qorxu gələn zaman istifadə etdiyi bıçaq da aşkarlanıb. Bundan sonra sürücü şəxsiyyətinin dəqiqləşdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə aparılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi