Bakıda sürücü vurduğu piyadanın xahişinə məhəl qoymayaraq qaçıb

Bakıda sürücü vurduğu piyadanın xahişinə məhəl qoymayaraq qaçıb Yaralı piyada ondan xəstəxanaya aparılmasını istəyib
Hadisə
111
27 Sentyabr , 2017 05:51
Bakıda sürücü vurduğu piyadanın xahişinə məhəl qoymayaraq qaçıb
Foto: Report.az

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bakının Suraxanı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 57 yaşlı Aslanov Abbasqulu Yusif oğlu Ramana qəsəbəsində yüksək sürətli magistral yolu keçmək istəyərkən onu sürücüsü hələlik naməlum olan minik avtomobili vurub.

Qəzanı törədən sürücü piyadanın xəsarət aldığını görərək hadisə yerini tərk edib. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya aparılıb. Zərərçəkmişin sözlərinə görə, o, qəza baş verəndən sonra sürücüdən xəstəxanaya çatdırılmasını istəsə də, kişi ona məhəl qoymayıb.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün tutularaq istintaqa təhvil verilməsi istiqamətində axtarış aparır.

Son xəbərlər

Orphus sistemi