Bakıda sürücü sükan arxasında ölüb - FOTO

Bakıda sürücü sükan arxasında ölüb - FOTO İlkin ehtimala görə, Ramin Məmmədov ürək tutmasından dünyasını dəyişib
Hadisə
30 Oktyabr , 2017 04:37
Bakıda sürücü sükan arxasında ölüb - FOTO

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bakıda sürücü sükan arxasında ölüb.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.

1984-cü il təvəllüdlü Məmmədov Ramin Ərzuman oğlu idarə etdiyi "Mercedes" markalı avtomobilində qəfildən dünyasını dəyişib. O, sükan arxasında ölü tapılıb.

İlkin ehtimala görə, R.Məmmədov ürək tutmasından dünyasını dəyişib.

Ölümün səbəbləri hüquq-mühafizə orqanın əməkdaşları tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi