Bakıda sürücü qəza törədib

Bakıda sürücü qəza törədib Xəstəxanaya yerləşdirilən Adil Məmmədovun sağ qolu amputasiya edilib
Hadisə
8 May , 2017 08:49
Bakıda sürücü qəza törədib

Bakı. 8 may. REPORT.AZ/ Bakıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində baş verib.

Belə ki, "Mercedes" markalı, taksi fəaliyyəti ilə məşğul olan avtomobilin sürücüsü idarətetməni itirərək qəza törədib. Nəticədə nəqliyyat vasitəsi hərəkətdə olarkən qolunu avtomobilin pəncərəsindən çölə çıxaran sərnişin, 1977-ci il təvəllüdlü Məmmədov Adil İsrafil oğlu qəza nəticəsində ağır xəsarət alıb. 

Faktla bağlı Sabunçu rayon polis idarəsində araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi