Bakıda sürücü qadını vuraraq hadisə yerindən qaçıb

Bakıda sürücü qadını vuraraq hadisə yerindən qaçıb Hadisə Balaxanı qəsəbəsində baş verib
Hadisə
3 Oktyabr , 2017 04:59
Bakıda sürücü qadını vuraraq hadisə yerindən qaçıb
Foto: Report.az

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda qadını avtomobil vuraraq qaçıb.

"Report" xəbər verir ki, hadisə 1983-cü il təvəllüdlü Əliyeva Aynurə Mədafil qızı Balaxanı qəsəbəsində yolu keçmək istəyən zaman baş verib.

Sürücü yaralının yıxılaraq yerdə qaldığını görsə də, buna məhəl qoymayıb və hadisə yerindən uzaqlaşıb.

Təcili tibbi yardım xidmətinin əməkdaşları yaralını xəstəxanaya aparıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi