Bakıda sürücü orta yaşlı kişini vuraraq hadisə yerindən qaçıb

Bakıda sürücü orta yaşlı kişini vuraraq hadisə yerindən qaçıb Bakı. 12 iyul. REPORT.AZ/ Bakıda orta yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
12 İyul , 2018 07:50
Bakıda sürücü orta yaşlı kişini vuraraq hadisə yerindən qaçıb

Bakı. 12 iyul. REPORT.AZ/ Bakıda orta yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Binəqədi rayonunda baş verib.

Binəqədi qəsəbəsindəki "Orxan" marketin önündə təxminən 40-45 yaşlı kişini avtomobil vurub. Piyadanın vəziyyətinin ağır olduğunu görən sürücü hadisə yerindən qaçıb.

Yaralı təcili yardım maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində istintaq araşdırmaları aparılır.

Son xəbərlər

Orphus sistemi