Bakıda sürücü müştərini döyərək telefonunu əlindən alıb

Bakıda sürücü müştərini döyərək telefonunu əlindən alıb Bakıda sürücü müştərini döyərək telefonunu əlindən alınıb.
Hadisə
12 May , 2023 11:32
Bakıda sürücü müştərini döyərək telefonunu əlindən alıb

Bakıda sürücü müştərini döyərək telefonunu əlindən alıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 10-da saat 18 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində “Hyundai” markalı avtomobilin sürücüsünün 1 nəfəri döyərək mobil telefonunu alması barədə polisə məlumat daxil olub.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Quluzadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi