Bakıda sürücü maşınla piyadanı vuraraq qaçıb

Bakıda sürücü maşınla piyadanı vuraraq qaçıb Yaralı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib
Hadisə
11 May , 2017 06:10
Bakıda sürücü maşınla piyadanı vuraraq qaçıb
Report.az

Bakı. 11 may. REPORT.AZ/ Bakının Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 3-cü mikrorayon dairəsi kimi tanınan ərazidə yolu keçmək istəyən 35 yaşlı Eyvazov Nəsimi Nofəl oğlu naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb.

N.Eyvazov ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsim Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi