Bakıda sürücü maşınla orta yaşlı qadını vuraraq hadisə yerindən qaçıb

Bakıda sürücü maşınla orta yaşlı qadını vuraraq hadisə yerindən qaçıb Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib
Hadisə
8 Dekabr , 2017 05:00
Bakıda sürücü maşınla orta yaşlı qadını vuraraq hadisə yerindən qaçıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Bakıda orta yaşlı qadını avtomobil vuraraq hadisə yerindən uzaqlaşıb.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Xətai rayonunda baş verib.

Əhmədli qəsəbəsində 44 yaşlı İsayeva Lidiya Leonis qızını minik avtomobili vurub. Qadın ağır xəsarət alıb. Hadisəni törədən sürücü ərazidən qaçıb. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi