Yuxarı
    Bağlamaq

    Bakıda sürücü ilə tanışlıqdan imtina edən qadın döyülüb

    Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır

    Bakı. 5 may. REPORT.AZ/ Bakıda gecə saatlarında 41 yaşlı qadınla tanış olmaq istəyən şəxs onu döyüb.

    "Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

    Belə ki, Füzuli meydanının qarşısında 1976-cı il təvəllüdlü Günay Qurbanova  yolu piyada keçərkən "Mercedes" markalı avtomobilin sürücüsü tanış olmaq üçün ondan telefon nömrəsini istəyib. Lakin qadın ona "yox" cavabı verib. Avtomobildən enərək qadına yaxınlaşan şəxs onunla mübahisə edib. Daha sonra sürücü (hələlik adı açıqlanmır) onun üz nahiyəsinə bir neçə zərbə vurub. G.Qurbanovanın qulağı cırılıb. O, xəstəxanaya yerləşdirilib. 

    Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi