Bakıda sürücü iki yolun kəsişməsində qəza törədib, yaralanan var - FOTO

Bakıda sürücü iki yolun kəsişməsində qəza törədib, yaralanan var - FOTO Hadisə Qara Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişməsində baş verib
Hadisə
18 İyul , 2017 07:55
Bakıda sürücü iki yolun kəsişməsində qəza törədib, yaralanan var - FOTO
Foto: Report.az

Bakı. 18 iyul. REPORT.AZ/ Bakının Nizami rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, Camal İsmayılov adlı şəxs idarə etdiyi "Hyundai" markalı avtomobillə Qara Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişməsində Qəniyev Qəribə məxsus "Naz Lifan"a çırpılıb.

Nəticə "Hyundai"ın sürücüsü C.İsmayılov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

İlkin araşdırma nəticəsində məlum olub ki, "Hyundai" markalı avtomobilin sürücüsü prospektə daxil olarkən yol nişanı tələblərini pozub.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi