Bakıda sürücü iki gənci vuraraq hadisə yerindən qaçıb

Bakıda sürücü iki gənci vuraraq hadisə yerindən qaçıb Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
20 Sentyabr , 2020 23:46
Bakıda sürücü iki gənci vuraraq hadisə yerindən qaçıb

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Minik avtomobili motosikletlə hərəkətdə olan 1998-ci il təvəllüdlü Həsənov Əhməd Sadiq oğlu və 1992-ci il təvəllüdlü Salmanov Zahir Qadir oğlunu vurub. Nəticədə hər iki gənc müxtəlif bədən xəsarətləri alıb. Yaralılar təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar.

Z.Salmanovun sözlərinə görə, onları vuran sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi