Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Türkan qəsəbəsində 2000-ci il təvəllüdlü Əliyev Samir Faiq oğlu yolu idarə etdiyi avtomobillə qəza törədib. Nəticədə o, ciddi xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona çanağın və başın əziyi diaqnozları qoyulub.