Bakıda sürücü idarəetməni itirərək işıq dirəyinə çırpıldı

Bakıda sürücü idarəetməni itirərək işıq dirəyinə çırpıldı Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
177
30 İyun , 2021 00:37
Bakıda sürücü idarəetməni itirərək işıq dirəyinə çırpıldı

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun qarşısında qeydə alınıb.

Belə ki, 90-PY-491 dövlət nömrə nişanlı “KİA” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü, Abdullazadə Orxan Adil oğlu idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində sürücü xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Son xəbərlər

Orphus sistemi