Bakıda sürücü avtomobili yol kənarındakı ağaca vurması nəticəsində ölüb

Bakıda sürücü avtomobili yol kənarındakı ağaca vurması nəticəsində ölüb Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır
Hadisə
22 Noyabr , 2014 11:57
Bakıda sürücü avtomobili yol kənarındakı ağaca vurması nəticəsində ölüb

Bakı. 22 noyabr. REPORT.AZ/ Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib. Belə ki, Zabrat-Maştağa yolunda Maştağa qəsəbəsi ərazisində Zəngilan rayon sakini 1979-cu il təvəllüdlü Elşən Quluyev idarə etdiyi “Mitsubishi” markalı avtomobili yol kənarındakı ağaca vurub. E.Quluyev hadisə yerində ölüb. Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi