Bakıda sürücü 36 yaşlı qadını vuraraq hadisə yerindən qaçıb

Bakıda sürücü 36 yaşlı qadını vuraraq hadisə yerindən qaçıb Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
8 Noyabr , 2019 00:38
Bakıda sürücü 36 yaşlı qadını vuraraq hadisə yerindən qaçıb

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, qəza Xətai rayonunda qeydə alınıb.

Köhnə Günəşli qəsəbəsində minik avtomobili yolu keçən 1983-cü il təvəllüdlü Əliyeva Ramilə İsrail qızını vurub. Yaralı xəstəxanaya çatdırılıb. Ona dizin əzilmiş yarası və bədənin küt travması diaqnozu qoyulub.

Qeyd edək ki, hadisəni törədən sürücü ərazidən yayınıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi