Bakıda sürücü 16 yaşlı qızı vuraraq hadisə yerindən qaçıb

Bakıda sürücü 16 yaşlı qızı vuraraq hadisə yerindən qaçıb Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
29 Noyabr , 2019 00:18
Bakıda sürücü 16 yaşlı qızı vuraraq hadisə yerindən qaçıb

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Qaraçuxur qəsəbəsində 2003-cü il təvəllüdlü Kərimova Aydan İkram qızı yolu keçərkən onu avtomobil vurub. Yaralı yaxınlıqdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qol və diz nahiyəsinin əziyi diaqnozu qoyulub.

Hadisəni törədən sürücü ərazidən yayınıb. 

Son xəbərlər

Orphus sistemi