Yuxarı

Bakıda süpürgəçi qadını avtomobil vuraraq öldürüb

Bakıda süpürgəçi qadını avtomobil vuraraq öldürüb

Bakı. 31 iyul. REPORT.AZ/ Bakıda süpürgəçi qadını avtomobil vurub.  

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, iyulun 30-da saat 10 radələrində Yasamal rayonunun Mətbuat prospektində Bakı şəhər sakini Fərhad Vəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında təmizlik işləri aparan mənzil kommunal istismar sahəsinin işçisi Telli Babayevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Babayeva orada ölüb.

Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi